Moskva Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Diplomatın sözlərinə görə, İrəvan və Bakı ilə münasibətlər bundan sonra da inkişaf etdiriləcək: "Biz Qafqazda sülh, sabitlik, proqnozlaşdırıla bilənlik, qarşılıqlı inam və təhlükəsizlik mühiti istəyirik. Bizim həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərimiz var və o əlaqələr bizim üçün əzizdir. Biz bu münasibətləri daha da inkişaf etdirmək üçün bizdən asılı olan hər şeyi etmək niyyətindəyik".
Ağarza Elçinoğlu