Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirilir. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. 

Bu gün də parlamentin qarşısına toplaşan nümayişçilər eyni tələblərlə - yeni seçkilərin təyin edilməsi və həbs olunanların azadlığa buraxılması tələbi ilə çıxış ediblər.

Hazırda yol bağlanıb.

Batumidə keçirilən etiraz aksiyasında isə bir neçə nəfər həbs edilib. Mitinq iştirakçılarının bildirdiyinə görə, QHT nümayəndəsi Tsiala Katamidze, “Güclü Gürcüstan” koalisiyasının üzvü, Batumi Şəhər Şurasının deputatı Vaja Darçia, həmçinin “Xoşbəxt Gürcüstan” partiyasının gənclər təşkilatının üzvü Mate Senteradze də daxil olmaqla 10-a yaxın adam həbs edilib. 

Həbslər etiraz yürüşünün iştirakçılarından Tamta Abuladzenin həbs edildiyi zaman başlayıb. Mitinq iştirakçılarının sözlərinə görə, T.Abuladze polisin paltarına üzərində söyüş olan stiker yapışdırdıqdan sonra həbs edilib.

İlk həbsdən sonra aksiya iştirakçıları məhbusun azadlığa buraxılmasını tələb edərək baş polis idarəsinə yürüş ediblər. 

Ağarza Elçinoğlu