Moskva-İrəvan reysini həyata keçirən mülki təyyarə Mahaçqalada məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Mahaçqalada məcburi eniş edən "Aeroflot" təyyarəsi artıq İrəvana uçuşunu bərpa edib.
Rusiya mətbuatının məlumatına görə, təyyarə yanacağı bitdiyi üçün Mahaçqalaya təcili eniş etmək məcburiyyətində qalıb.