"Sərhədin liberallaşdırılması prosesi dayanmayıb, davam edir. Demarkasiya və sülh gündəmini sona qədər həyata keçirməkdən başqa yol yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan mətbuat konfransında bildirib.
"Siyasi hakimiyyətin yeganə seçilmiş yolu sülh gündəminə xidmət etməkdir və bu istiqamətdə demarkasiya və delimitasiya işləri davam edir", - nazir qeyd edib.
O, əlavə edib ki, proses başa çatdıqdan sonra beynəlxalq ikitərəfli saziş olmalıdır.
Ağarza Elçinoğlu