Donald Trampın komandasının potensial üzvləri ətrafında qalmaqal yaranıb. ABŞ-də yüksək mühafizə postuna namizəd olan Pit Heqset müdafiə naziri olacağı təqdirdə içkidən imtina edəcəyini bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, konqresin yuxarı palatasında Heqsetin spirtli içkilərə aludə olması məsələsi müzakirə olunub. Bildirilir ki, Senat üzvləri Pit Heqsetin içkidən imtina etməsinə şübhə ilə yanaşdığını açıqlayıblar.
"Ola bilsin ki, o, bu vərdişindən əl çəkəcəyinə söz verib, amma vədinə xilaf çıxacağı təqdirdə istefa verib-verməyəcəyini dəqiqləşdirməyib", - konqresmenlərdən biri deyib.
Belə ki, konqresin yuxarı palatasında Pit sorğu-sual edilib:
– Namizədliyiniz təsdiqlənsə, spirtli içkilərdən imtina edəcəksiniz?
"Doğrudur",- deyə o, cavab verib.
Qeyd edək ki, Heqsetin namizədliyi seçilmiş prezident Donald Tramp tərəfindən irəli sürülüb. Pentaqonun hazırkı rəhbəri Llyod Ostindir.
Gülayə Mecid