Regiondankənar qüvvələrin regionda mövcudluğu sabitliyi poza bilər.

"Unikal" xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib. 

"Bizim ali liderimiz (Seyid Əli Xamenei - red.) və mən hesab edirik ki, regional problemlərimiz yalnız region ölkələri arasında razılaşmalar yolu ilə həll edilməlidir", - İran prezidenti açıqlayıb. 

O, Rusiya ilə ikitərəfli münasibətlərin strateji əhəmiyyət və hərtərəfli xarakter daşıdığını vurğulayıb. İran tərəfi sıx dialoqu davam etdirmək niyyətindədir.

Ağarza Elçinoğlu