Narkotiklərin satışında ittiham edilən "TikTok"er Zeynəb ən-Nəiminin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəimənin 7 ol müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.

Proses 23 yanvar tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Zeynəb ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.

Xatırladaq ki, Zeynəb ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.

Seymur Əli