Moskvanın Troitski Məhkəməsi Valeriya Çekalinanın (bloger Lerçek) əmlakına həbs qoyub.

"Unikal" TASS-a istinadən xəbər verir ki. bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

"Moskvanın Troitski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin təqsirləndirilən şəxs Valeriya Valeriyevna Çekalinanın əmlakına (pul) ibtidai istintaqın və məhkəmənin bütün müddətinə həbs qoyulması barədə vəsatəti təmin edilib", - mətbuat xidməti bildirir.

2024-cü il dekabrın 17-də Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyasından 251 milyon rublun çıxarılması işi üzrə birinci instansiya məhkəməsinin Çekalina və onun keçmiş əri Artyom Çekalinin ev dustaqlığının müddətinin uzadılması barədə qərarını qüvvədə saxlayıb. 2024-cü il oktyabrın 4-də Moskvanın Troitski Məhkəməsi bloggeri ev dustaqlığına məhkum edib. Noyabrın 25-də birinci instansiya məhkəməsi onun ev dustaqlığının müddətini uzadıb.