Misli Premyer Liqasının XIX turuna bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
"Unikal" xəbər verir ki, əvvəlcə "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq.
Tovuz şəhər stadionunda keçiriləcək görüşü Rəvan Həmzəzadə idarə edəcək. Kurban Berdıyevin baş məşqçisi olduğu komanda hazırda turnir cədvəlində 32 xalla 4-cü pillədə yer alıb. Sonuncu - 10-cu yerdə olan Gəncə klubunun 11 xalı var.
Turun son matçı "Neftçi Arena"da baş tutacaq. "Neftçi" evdə "Sabah"ı qəbul edəcək. Start fiti saat 18:30-da səsləndiriləcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq. "Sabah" 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 17 xala malik "Neftçi" isə səkkizincidir.