Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində gecə saatlarında yanğın baş verib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  “Sözcü” qəzetinin yazarı Nedim Türkmen və  ailəsi də külə dönən hoteldə olublar. 

Lakin onların heç birindən məlumat yoxdur. Bu barədə yazarın qızı  "Instagram" hesabından paylaşıb edib. O, Boluya tətilə gedən ailəsindən xəbər almadığını bildirib. 

Gülayə Mecid