"Təəssüf ki, bu səhər Boludadan çox üzücü xəbər aldıq. Hadisə ilə bağlı 6 prokuror və ekspertlərdən ibarət komissiya təyin edilib".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Ankarada keçirilən 8-ci Adi İl Konqresində deyib.
"Hadisənin bütün aspektlərinin işıqlandırılması və məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq və atılır. Bu kontekstdə 6 dövlət ittihamçımız və ekspertlər heyəti təyin edilib.
Bu gün sizinlə uzun-uzadı söhbət etmək istərdim. Amma acımız, ürək ağrımız böyükdür", - deyə Türkiyə liderini açıqlayıb.
Ağarza Elçinoğlu