Azərbaycan atıcıları Almaniyanın Münhen şəhərində təşkil olunan ənənəvi “2025 H&N Kuboku”nda iştirak edəcəklər.
"Unikal" Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaqlar.
İdmançılar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, bu gün start götürən turnir yanvarın 26-na qədər davam edəcək.