Əvvəllər Co Baydeni yaşına görə tənqid edən, onun çaşqınlığı və dilinin sürüşməsi ilə bağlı zarafat etmək fürsətini heç vaxt qaçırmayan Donald Tramp növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. O bununla da ölkə tarixinin ən yaşlı lideri olub.
"Unikal" xəbər verir ki, 20 yanvar 2025-ci ildə andiçmə mərasimi zamanı Tramp 78 yaş 7 aylıq olub. Bu isə Baydenin 2021-ci ildə vəzifəyə gəldiyi vaxtdan təxminən 6 ay böyük deməkdir. Tramp koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edərək, yaşını əngəl hesab etmir.
Amerika prezidentlərinin orta yaşı 56-dır. "Pew" Araşdırma Mərkəzinin sorğusu müəyyən edib ki, amerikalıların 49%-i prezident üçün optimal yaş həddi 50, respondentlərin isə yalnız 3%-i dövlət başçısı üçün uyğun yaşın 70 və daha yuxarı olduğuna inanır.