Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 10-dan artıq avtomobildən pul, maqnitofon, akkumulyator və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Məmmədov və N.Cümşüdov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, maddi sübutlara birlikdə istintaqa təhvil verilən şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.