Tovuzda ustanı elektrik cərəyanı vurub. 

"Unikal"ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Tovuz dəmir yolu stansiyasının yaxınlığında qeydə alınıb. Dəmir yolu xətlərini yeniləməsində işləyən şirkətlərdən birinin elektriki, Bərdə şəhər sakini 1987-ci il təvəllüdlü Rəcəbalıyev Röyal Məmmədşərif  oğlu səhvən "tok" olan xəttə çıxıb. Hündürlükdən yerə yıxılaraq ağır xəsarət alan usta xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov