"Biz sülh müqaviləsinin razılaşdırılmamış maddələri ilə bağlı Azərbaycana təkliflər göndərmişik".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. 

Onun sözlərinə görə, rəsmi İrəvan Azərbaycan tərəfinin reaksiyasını gözləyir: "Söhbət yekun razılığa gəlmədiyimiz iki maddədən gedir. Biz bu iki məsələ ilə bağlı açıq şəkildə danışdıq, ümid edirik ki, həll yollarını tapacağıq".

Ağarza Elçinoğlu