“Bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb. Ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur”.
"Unikal" xəbər verir ki, bunu bələdiyyə seçkilərinin başlaması ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri axşam saat 19:00-da başa çatacaq.