Şeba Tibb Mərkəzinin baş kardioloqu doktor Eyal Heller İsrailin baş naziri Benyamin Netanyahu ilə Vaşinqtona uçub.

"Unikal" xəbər verir ki, bu barədə "Times of Israel" xəbər yayıb. 

2023-cü ildə Netanyahuya kardiostimulyator quraşdırılıb. İsrail baş nazirinin keçmişdə ürəyində problemlər olub.

İsrail mediası yazır ki, Netanyahunun ofisi Hellerin səfərinin səbəbləri barədə heç nə deməyib, lakin bu, baş nazirin səhhətinə, xüsusən də dekabrın sonunda prostat vəzindən əməliyyat olunduqdan sonra yaxından nəzarət etmək istəyinə görədir.