"Ötən gecə Merdzavan kənd icra başçısının evinə silahlı basqın olub".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər Merdzavan administrasiyasının rəhbəri Mher Axtoyanın evinə basqın edərək atəş açıblar. Nəticədə Axtoyanın qohumu ölüb, bir nəfər isə yaralanıb.
Hadisə araşdırılır. Faktla bağlı cinayət işi açılıb.
***12:11
Ermənistanın paytaxtı İrəvanın Merdzavan kəndində atışma olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İnsident nəticəsində bir nəfər ölüb, yaralananlar var.
Gülayə Mecid