Braziliyalı futbolçu Julio Romao "Qarabağ"la müqaviləsini vaxtından əvvəl pozub.
"Unikal" xəbər verir ki, bu barədə 27 yaşlı yarımmüdafiəçinin agenti xarici mətbuata açıqlamasında deyib.
Təcrübəli oyunçu Macarıstanın "Ferentsvaroş" klubuna keçmək üçün bu addımı atıb. Hazırda Budapeştdə olan futbolçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, Julio Romao 2022-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.