Rusiya İstintaq Komitəsi ölkədə yaşı 21-dən az olan gənclərə hər hansı spirtli içkilərin satışını qadağan etməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə komitənin rəhbəri Aleksandr Bastrıkin bildirib.
"Gənclər arasında alkoqoldan sui-istifadə hallarının qarşısını almaq üçün 21 yaşına çatmamış şəxslərə tərkibində spirt olan məhsulların (o cümlədən az alkoqollu və pivə) satışına qadağa qoyulmalıdır", - İstintaq Komitəsinin rəhbəri qurumun 2024-cü ilin işlərinin yekunlarına dair kollegiya iclasında deyib.
O, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaş həddinin 16-dan 14-ə endirilməsini təklif edib.
Bastrıkinin sözlərinə görə, bir il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 11% artıb.
Ağarza Elçinoğlu