Bəzi məmurların istirahət mərkəzi ciddi təhlükədə
21:57 26-07-2013
SİYASƏT
Bəzi məmurların istirahət mərkəzi ciddi təhlükədə
Nabrandakı məlum hadisədən sonra Mədəniyyət və Turizm
Nazirliyinin monitorinq həyata keçirməsi onları əl-ayağa salıb
Xaçmaz rayonundakı "Nabran" istirahət mərkəzi lisenziyadan məhrum edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir. Səbəb kimi "CTF" firmasına məxsus olan bu mərkəzin işində ciddi nöqsanlar aşkar edən monitorinq komissiyasının rəyi göstərilib. Xüsusən, nöqsanlar istirahət edənlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Xatırladaq ki, adıçəkilən istirahət mərkəzində təhlükəsizlik qaydalarına əməl olunmaması ucbatından 2 yaşlı İmran ayaqğının birini itirib. Olay ölkədə geniş rezonans doğurub. İmranın müalicəsini ölkə rəhbərliyi üzərinə götürüb.
Bundan sonra sözügedən nazirlik hovuzlardan istifadə təhlükəsizliyi qaydalarını işləyib hazırlayıb, onlar sahibkarlara göndərilib və 5 gün ərzində yerinə yetirilməlidir. Əks halda turizm müəssisələrini cəzalar və hətta bağlanma gözləyir.
Məlumatın sonunda qeyd edilir ki, müəyyən edilmiş qaydaların yerinə yetirilməsinə Mədəniyyət Nazirliyinin əməkdaşları nəzarət edəcək, onlar "məxfi qonaq" kimi istirahət mərkəzlərinə baş çəkəcəklər.
Əlbəttə, sual meydana çıxır ki, niyə aidiyyatı qurum "Nabran" istirahət mərkəzində hovuzda 2 yaşlı uşağın ayaqları qopduqdan sonra "oyanıb" və istirahət edənlərin təhlükəsizliyini xatırlayıb? Bunu daha əvvəldən etmək olmazdımı?
Amma digər tərəfdən də başqa bir sual yaranır ki, təhlükəsizlik məsələlərinin "məxfi qonaqlar" vasitəsilə yoxlanılması nəyə lazımdır?
Hələliksə bəlli olan odur ki, artıq çoxsaylı istirahət mərkəzlərinin rəhbərliyi hərəkətə keçiblər. Onlar bağlanmaq təhlükəsi ilə üzləşməmək üçün əl-ayağa düşüblər. Bildirilir ki, əksəriyyətinin arxasında kifayət qədər nüfuzlu, sabiq və indiki məmurlar olmasına rəğmən təhlükəsizlik qaydalarına əməl etməyən obyektlərə qarşı sərt cəza tədbirlərinə əl atılmasına dair göstəriş var. Elə bir çox istirahət mərkəzlərini qorxudan və nöqsanları dərhal, tələm-tələsik aradan qaldırmağa məcbur edən də budur.
Bəziləri isə bu məsələdə pessimistdirlər. Onlar bu prosesin "mövsümi", müvəqqəti olduğunu düşünür və müəyyən müddətdən sonra işlərin yenə də ənənəvi qaydada, Azərbaycansayağı, yəni "hörmət" üsulu ilə "yoluna qoyulacağını" düşünürlər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35