"Repetitorluq valideynin seçimidir. Burada ayıb, pis bir şey yoxdur".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repetitorudursa, bu peşə etikasından uzaqdır.

Onun sözlərinə görə, repetitor da məktəb müəllimidir: "Eyni müəllim necə ola birər ki, məktəbdə pis tədris verir, amma evdə yaxşıdır? Hesab edirəm ki, bu işdə əsas məsələ vicdandır. Cəmiyyətin də buna qınağı olmalıdır. Məktəbdə öz şagirdinə dərs deyən müəllim həm də onun repititorudursa, bu peşə etikasından uzaqdır. Bu ayıbdır. Müəllim olaraq işini görüb dövlətdən maaş alırsa, dərs dediyi şagirdə də bunu düzgün öyrətməlidir".

E.Əmrullayev onu da əlavə edib ki, dəbə görə repetitor yanın gedənlər də var.