“Arqument.az” saytının rəhbəri Şəmşad Ağa (Ağayev) barəsində həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərarə əsasən, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.