"Rusiya Bakıda “Rus evi” ilə bağlı məsələnin müsbət həllini gözləyir".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli KİV-ə açıqlamasında deyib.
“Rusiya tərəfi Rusiya Evinin qeydiyyatını başa çatdırmaq üçün lazımi tədbirlər görməyə və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazır olduğunu bildirib”, - "RİA Novosti" onun sözlərini sitat gətirib.
Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.
Gülayə Mecid