Qəhvə və ya energetik içkilərin daxil olduğu güclü spirtli kokteyllər infarkt və ya insultla nəticələnə bilər.
"Unikal" xəbər verir ki, bunu Sankt-Peterburqdakı “Be Healthy” klinikasının qastroenteroloqu Olqa Mayorova yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, içki qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər:
"Spirt və enerji içkilərinin və ya qəhvənin birləşməsi qan təzyiqinin kəskin artmasına və hətta hipertansif böhrana səbəb ola bilər. Bu, xüsusilə mövcud ürək-damar xəstəlikləri olan insanlar üçün təhlükəlidir, çünki bu, infarkt və ya insultla səbəb ola bilər. Bundan əlavə, hər iki içki sidikqovucu təsirə malikdir və bu, ağır susuzluğa da səbəb ola bilər. Energetik içkilərin tərkibində kofein və alkoqol intoksikasiyasının əlamətlərini gizlədə bilən digər stimulyatorlar var. Bu, insanın əslində nə qədər spirt içdiyini dərk etməməsi ilə nəticələnir ki, bu da kəskin alkoqol zəhərlənməsi riskini artırır. Bundan əlavə, araşdırmalar göstərir ki, araq və enerji içkisi kokteylləri içən insanların sərxoş halda xəsarət alma ehtimalı iki dəfə çoxdur. Bu, aktivliyin artması və vəziyyətə nəzarətin azalması ilə bağlıdır".
Həmçinin, həkim izah edib ki, belə kokteyllərin müntəzəm istehlakı asılılığa, mədəaltı vəzi ilə bağlı problemlərə səbəb ola bilər və diabetin inkişaf riskini artırır.