Fransalı müdafiəçi Dayot Upamekano “Bayern Münhen”dəki taleyinə böyük ölçüdə aydınlıq gəlib.  

"Unikal" xəbər verir ki, Almaniya nəhəngi 26 yaşlı futbolçusu ilə yeni müqavilə bağlayacaq.

Bu barədə "iMiaSanMia" məlumat yayıb. Mənbənin məlumatına görə, klub futbolçunun nümayəndəsi ilə danışıqlara başlayıb. 

Müdafiəçinin hazırki müqaviləsinin müddəti 2026-cı il iyunun sonunda başa çatır. 

"Transfermarkt" müdafiəçinin transfer dəyərini 50 milyon avro olaraq qiymətləndirir. 

Upamekano cari Almaniya çempionatında 17 oyun keçirib. O, bu görüşlərdə 2 qol vurub və 5 sarı vərəqə ilə yadda qalıb.