Goranboyda yük maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə sürücü, 1995-ci il təvəllüdlü Yusif Orucov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov