Serbiya prezidenti Aleksandr Vuçiçin Mokrin kəndinə səfəri zamanı şossedə xidməti avtomobilinin təkəri partlayıb.

"Unikal" xəbər verir ki, "Tanjug" agentliyi hadisə anının videosunu paylaşıb.

Serb məmurlarının daşınması üçün nəzərdə tutulmuş zirehli maşının təkəri kənara düşüb. Hadisədən sonra Vuçiç başqa maşına keçib.

Kadrlarda avtomobilin tədricən qarşıdan gələn zolağa çıxmağa başladığı, bundan sonra təkərin yolun kənarına yuvarlandığı görünür. Sürücülər və mühafizəçilər vəziyyəti yoxladıqdan sonra Vuçiç maşından düşərək başqa avtomobilə tərəf gedib.

Hadisə ilə əlaqədar Serbiyanın baş naziri Miloş Vuçeviç prezident üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

*** 10:35

Serbiya Prezidenti Aleksandr Vuçiçin avtomobilinin yolda olarkən təkəri partlayıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı ölkə başçısı maşının içində olub.

Vuçiç "TV Informer" telekanalına müsahibəsində "Təkər partlayıbmı yoxsa başqa bir şey olub-olmadığını səlahiyyətli orqanlar müəyyən etməlidirlər və edəcəklər" sözlərini deyib.