Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə sülh perspektivləri ilə bağlı ABŞ, Rusiya və Ukraynadan gələn siqnalları müsbət qiymətləndirdiyini və sülhə ümidini itirmədiyini bildirib.

"Unikal" xəbər verir ki, Ərdoğan bu barədə Asiya səfəri başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib. 

"Əlbəttə ki, sülhə ümidimizi itirməmişik və onu itirmək də istəmirik. Bu yaxınlarda biz Zelenskidən eşitdik ki, danışıqlar üçün müvafiq təklif olarsa, o, görüşməyə hazırdır. Biz Donald] Trampdan və Vladimir Putindən bu mövzuda gələn müsbət siqnalları alqışlayırıq. Türkiyə bu kontekstdə mümkün olan hər şeyi etməyə hazırdır", - deyə Türkiyə lideri qeyd edib.