"Taliban" Əfqanıstanda BMT işçilərinə saqqal qırxmağı və ya onları şəkilləndirməyi qadağan edən ciddi qaydalar tətbiq edib.
"Unikal" xəbər verir ki, Fəzilət Departamentinin nümayəndələri təşkilatın əməkdaşları ilə görüş keçirib və onlara bu qadağanı pozmamaq barədə xəbərdarlıq ediblər. Təlimatlara əməl etməyənləri həbs gözləyir.
"Taliban" hakimiyyətə gəldikdən sonra həm kişilərə, həm də qadınlara aid sərt qaydalar tətbiq etdi. Belə ki, "Taliban" qadınların əksər dövlət və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də işləməsini qadağan edib. "Taliban" həmçinin ciddi geyim qaydaları tətbiq edib, musiqi, əyləncə və ünsiyyətə ciddi məhdudiyyətlər qoyub.