Moskvada yerləşən "Çestnaya stomatologiya" klinikasının həkimi Əliyev Kabil Qalib oğlunun yaxın qohumu Sabit Əliyevi öldürmək üçün əslən azərbaycanlı olan, Hacıqabul rayon sakini, "Parus" restoranın sahibi Pənahov Elsevər Pənah oğluna sifariş verdiyi və bunun qarşılığında hətta ona külli miqdarda pul da vəd verdiyi iddia edilir.
Məsələ ilə bağlı Sabit Əliyevin vəkili Ələkbər Qarayev "Unikal"a açıqlama verib:
"Sabit Əliyev cinayət törədilməsi ilə bağlı Preobrazhenski Rayonlararası İstintaq İdarəsində ərizə yazıb. Həmin vaxt mən şəxsən onun yanında olmuşam. Artıq Sabit Əliyevi çağırıblar, izahat alıblar.
İttiham olunan şəxs, Kabil Əliyev Sabit Əliyevin əmisi oğludur. Yəqin ki, onları da çağırıb izahat götürəcəklər.
Bu barədə iş aparılacaq", - deyə Ə.Qarayev qeyd edib.
Əlavə edək ki, Kabil Əliyevin əmisi oğlu Sabit Əliyevin klinikalarının daha nüfuzlu olmasına, ora gələn pasiyentlərin çoxluğunu qəbul etməməsi səbəbindən ondan qisas almaq niyyətinə düşdüyü iddia edilir.
Bundan başqa, Kabil Əliyev qohumunun onun ölümünü sifariş verməyindən məlumatı olduqdan sonra "Parus" restoranın sahibi olan Elsevər Pənahovu yanına çağıraraq vəd verdiyi 30 min dollar pulu ona verdiyi və onun sifarişçi olması barədə hər hansı hüquq-mühafizə orqanına məlumat verməməsini tapşırdığına dair iddialar da mövcuddur.
Kabil Əliyev isə redaksiyamıza zəng edərək bildirib ki, o, ittihamları qəbul etmir. K.Əliyev səslənən fikirlərin həqiqətə uyğun olmadığını deyərək, əlavə mövqe bildirmək istəməyib.
Seymur Əli