Gəndob-Yalama yolunda hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsü Vilayət Əmirovun narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

"Unikal" xəbər verir ki, avtomobilində narkotik vasitə də aşkar olunduğundan o, ərazi polis orqanına təhvil verilib.

YPX Alayının əməkdaşları tərəfindən narkotik vasitə qəbul edərək sükan arxasında əyləşən daha iki nəfər Xaçmaz rayon sakinləri Səməd Əhmədov və Əlsafa Hüseynovda ifşa olunaraq barələrində qanunauyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.