Meksika Körfəzinin adının dəyişdirilməsinə başlanılıb və  ABŞ istifadəçiləri artıq yeni ad yeniləməsini görə bilərlər.

"Unikal" xəbər verir ki, bu barədə "Google" korporasiyası şirkətin bloqunda məlumat verib.

"ABŞ-də Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika körfəzini Amerika Körfəzi ilə yenilədi", - şirkətin açıqlamasında deyilir.

"Google", ABŞ-də xəritələrdən istifadə edən insanların "Amerika Körfəzi" adını, Meksikadakı istifadəçilərin isə  " Meksika Körfəzi" adını görəcəyini söylədi. "Hər kəs hər iki adı görəcək" dedi şirkət.

Yanvarın 21-də ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi, Şimali Amerikanın ən hündür dağı Denali isə MakKinli dağı adlandırılması prosesinin başlanmasına dair sərəncam imzalayıb.