ABŞ prezidenti Donald Tramp hərbi münaqişəyə cəlb edilməkdənsə, İranla razılaşmağa üstünlük verəcəyini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini CNN telekanalı sitat gətirib.
"Hamı İsrailin bizim köməyimizlə və ya razılığımızla İranı bombalayacağını düşünür. Mən belə olmamağı üstün tuturam. İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və onları dayandırmağın iki yolu var: bomba və ya kağız parçası ilə. Mən onlara zərər verməyəcək bir müqavilə bağlamağı üstün tuturam. Düşünürəm ki, onlar da bunu istəyərlər", - Tramp ifadə edib.
Gülayə Mecid