"Qatar Airways" Dohadan Moskvaya həyata keçirdiyi gündəlik iki reysdən birini ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
ATOR-un məlumatına görə, uçuş, ehtimal ki, 2025-ci ilin oktyabr ayının sonuna qədər cədvəldən çıxarılıb. Nəticədə, Moskva ilə Doha arasında daşımaların həcmi ayda 8-9 min nəfər azalacaq.