ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ilə Fransa prezidenti Emmanuel Makron arasında münasibətlər son həftələr pisləşib.

"Unikal" xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.

"Onlar arasında münasibətlər son həftələr pisləşib", - məlumatda deyilir.

Belə ki, "Tesla"nın qurucusu Parisdə baş tutan süni intellekt sammitinə getməkdən imtina edib.  Bu, illərdir Maskı Fransaya pul yatırmağa inandırmağa çalışan Makron üçün zərbə adlandırılır.