Dağıstanda Çarodinskaya Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Qurban Ramazanov onlayn görüşdən sonra kameranı söndürməyi unudub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Qeyd olunub ki, baş həkim onlayn görüşdən sonra canlı yayımda işçisi ilə cinsi əlaqədə olub.
Respublika başçısı və hökumətinin administrasiyasındakı mənbəsi bildirib ki, Dağıstanın rəhbəri Sergey Məlikov xəstəlik məzuniyyətində olduğu üçün iclasda olmayıb: "Məlikov xəstəlik məzuniyyətindədir. O, rəsmi olaraq xəstəlik məzuniyyətində idi və həmin iclasda yox idi, bu hamıya məlumdur. Həmin görüş Səhiyyə Nazirliyinin baş həkimlərlə görüşü idi".
Qeyd edək ki, 67 yaşlı baş həkim bu hadisədən sonra yaşının çox olmasını əsas gətirərək işdən çıxıb. Onunla videoya düşən tibb bacısı isə xəstəxanada işini davam etdirir.
Seymur Əli