ABŞ lideri Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steven Vitkoff Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.  

Kanal iddia edir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvada Putinlə danışıb. Steven Vitkoffun Putinlə ilə təxminən 3,5 saat danışdığı bildirilir.

KİV bu görüşdə nəyin müzakirə olunduğunu açıqlamayıb. Ağ Ev mümkün danışıqlar barədə məlumatı şərh etmir.

Bundan əvvəl Kreml Vitkoffla Putinin görüşmədiyini açıqlamışdı.