Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən beynəlxalq hakimlik kursları keçirilib.

"Unikal" xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan tədbirdə akrobatika gimnastikası üzrə Azərbaycan hakimləri də iştirak ediblər.

Kurslarda 5 ədalət təmsilçimiz müxtəlif kateqoriyalara yiyələnib. İradə Qurbanova, Abdulla Əl-Məşayxi və Leyla Əliyeva 3-cü kateqoriyaya sahib çıxıb. Lalə Abdullayeva və Aynur Yusufova 4-cü kateqoriya alıb.

Qeyd edək ki, kurslar 2025-28-ci illəri əhatə edən tsikl üçün nəzərdə tutulub.