"Avropa olmadan Ukrayna ilə bağlı bağlanan istənilən sülh sazişi iflasa uğrayacaq".
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.
O, fevralın 13-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında deyib: " Bizsiz istənilən razılaşma uğursuzluğa düçar olacaq, çünki Avropa və Ukraynanın da bunu həyata keçirməsi lazımdır. İstənilən sürətli həll çirkli bir razılaşmadır... Bu, qətlləri və müharibəni dayandırmayacaq".
Ağarza Elçinoğlu