"Şemrok Rovers"in futbolçusu Maykl Nunan avrokuboklarda yeni rekord müəyyənləşdirib.
"Unikal" xəbər verir ki, o, buna Konfrans Liqasının pley-off mərhələsinin "Molde" ilə ilk oyununda nail olub.
16 yaş 198 günlüyündə olan hücumçu həmin matçda qol vurub və komandasına qələbə qazandırıb. Nəticədə Nunan bir avrokubok oyununda qol vuran ən gənc futbolçu adını qazanıb. O, Romelu Lukakunun rekordunu qırıb.
Qeyd edək ki, "Molde" ilə görüş Nunanın "Şemrok Rovers"də debüt oyunu olub.