Saatlı rayonunun Mustafabəyli kəndində ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.
"Unikal" xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Göyçay rayonunun Cəyirli kəndində ümumi sahəsi 30 m² olan köməkçi tikilinin içərisində yığılan taxtalar 5 m² sahədə və tikilinin taxta atmaları 10 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.