Ağstafada dörd nəfər dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində qeydə alınıb.

Belə ki, 4 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Həmin şəxslər 1969-cu il təvəllüdlü T.Məmmədova,1991-ci il təvəllüdlü N.Lahıcova, 2013-cü il təvəllüdlü A.Lahıcova və 2011-ci il təvəllüdlü A.Lahıcovadır.

Onlar yaşadıqları evdə vanna otağında dəm qazından zəhərlənib. Zəhərlənənlər isə nənə və onun iki nəvəsidir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov