"Real Madrid"in futbolçusu Cud Bellingem 12 oyunluq diskvalifikasiya edilə bilər.
"Unikal" xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.
O, 1:1 hesabı ilə bitən görüşün 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alıb.
La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.
Oyundan sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellingem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini bildiriblər.