HƏMAS hərəkatı Qəzza zolağına nəzarəti Fələstin Milli Administrasiyasına verməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə "Sky News Arabia" nəşri yazıb.
Telekanalın məlumatına görə, HƏMAS Fələstin Azadlıq Təşkilatına ünvanladığı məktubda Qəzzaya nəzarəti Fələstin Muxtariyyətinə və hökumət komissiyasına verməyə hazır olduğunu bildirib.
Məqalədə deyilir ki, HƏMAS hakimiyyətin ötürülməsi üçün yeni administrasiyada işçilərin iş yerlərinin saxlanması və ya zəmanətli maaş ödənişləri ilə təqaüdə göndərilməsini əhatə edən şərtlər qoyub.
Telekanal əlavə edib ki, HƏMAS rəhbərliyi Qahirədə keçirilən son danışıqlar zamanı Misirin güclü təzyiqindən sonra hakimiyyəti təhvil vermək qərarına gəlib.