Dünyanın bir çox yerində pandemiya bitmiş kimi görünsə də, Şimali Koreyada vəziyyət fərqlidir. Ölkədə maskaların məcburi taxılması; Temperatur yoxlamaları və digər ciddi sağlamlıq tədbirləri hələ də qüvvədədir. Bundan əlavə, yerli bazarlar da daxil olmaqla bir çox turistik yerlər virusun yayılması ilə bağlı narahatlıqlara görə bağlı qalır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunun fonunda ölkə bu ildən etibarən quru sərhədlərini açıb.

COVID-19 pandemiyasından sonra Şimali Koreyaya səfər edən ilk turist ABŞ vətəndaşı olub. Castin Martell adlı amerikalı 250 min dollardan çox ödəyərək KXDR-a daxil ola bilib.