Masallı Rayon İcra Hakimiyyətində yeni sektor müdiri təyin olunub.
"Unikal"ın məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müvafiq Sərəncamı ilə Bağırov Nəsib Abdulla oğlu Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Bağırov Nəsib Abdulla oğlu bu vəzifəyə qədər Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatında İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışıb.
Xəlil Əliyev