"Biz qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq".
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, dar ixtisaslı fəaliyyət göstərir:
"Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur. Elmi tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb".