Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

"Unikal" xəbər verir ki, Seymur Orucovun sədrliyi ilə Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş nitqi ilə açan RİH başçısı Prezident İlham Əliyevin respublikamızın tərəqqisi və xalqımızın əminəmanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən,  ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, dinamik sosial-iqtisadi inkişafından söz açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu inkişaf yolu ilə Azərbaycan növbəti zəfərlərə doğru inamla addımlayır.  

Sonra Ağstafa rayonunda 2024-cü ilin yekununa həsr olunmuş videoreportaj nümayiş etdirilib.

İclasın gündəliyində duran məsələləri diqqətə çatdıran RİH başçısı sözü məruzəçilərə verib. 

Müvafiq olaraq RİH başçısının birinci müavini Müşfiq Hüseynov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası qanunlarının, Nazirlər Kabinetinin qərarlarının icrası və həmin qanunvericilik aktlarının icrası və həyata keçirilməsi sahəsində görülmüş işlərə dair, Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova isə rayonda əhalinin sağlamlığının qorunması üzrə dövlət proqramlarını təşkili, vətəndaşların sağlamlığının qorunması hüququnun həyata keçirilməsinə köməklik göstərilməsinə, sağlam həyat tərzinin təbliğinə dair geniş məruzələrlə çıxış ediblər.

Məsələlərə dair ətraflı müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə zəruri tövsiyə və tapşırıqlar verilib.
Sonda rayonun ictimai-siyasi fəaliyyətində, eləcə də idman sahəsində fərqləndiklərinə görə bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərman, Təşəkkürnamə və hədiyyələri ilə təltif olunub.